İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir

Rusiya Ukraynanın NATO-ya daxil olmasını istisna edən güclü zəmanətlər əldə etməyə çalışacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması sülhün əldə edilməsini qeyri-mümkün edəcək.

"Bu, bizim üçün Ukraynada münaqişə ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, münaqişənin köklü səbəblərinin aradan qaldırılması ilə bağlı elementdir. Biz təkcə Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən hüquqi əhəmiyyətli güclü zəmanətlər əldə etməyə çalışmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik", - nazir müavini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR