İnsanlara hürriyət, millətlərə istiqlal!

Qagik Sarukyanın zavodunda iğtişaş: fəhlələr üsyana qalxdı


Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana məxsus “Araratsement” zavodunun işçiləri üsyan edirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, fəhlələr pul ala bilmədiklərini qeyd edirlər.

Onların sözlərinə görə, dekabr ayının maaşlarını hələ də ala bilməyiblər və zavodun bir sıra sürücüləri işdən çıxarılır.
“Sarukyan hər şeydən yaxşı xəbərdardır, üstəlik, burada baş verənlər onun razılığı ilə həyata keçirilir. Direktor Qor Sarukyanın əmisi oğludur...”

Qeyd edək ki, Qagik Sarukyanın Ermənistanda siyasətlə məşğul olan tək-tük oliqarxlardan sayılır. Onun “Çiçəklənən Ermənistan” partiyası son seçkilərə qədər parlamentdə önəmli rol onayan siyasi qüvvə hesab olunurdu. Sarukyanın sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana yaxın olduğu bilinir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR