İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Suriya azad ticarət sazişinin bərpasını nəzərdən keçirəcək

Türkiyə və Suriya azad ticarət sazişinin bərpası üzərində işləməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqların yekununa dair yaydığı bəyanatda deyilir.

Məlumata görə, tərəflər ticarət əməkdaşlığı və gömrük əməliyyatları ilə bağlı məsələləri müzakirə edib və 2011-ci ildə dayandırılmış azad ticarət sazişinin bərpası məqsədilə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Həmçinin bütün sərhəd məntəqələrində müəyyən mallar üçün hər iki tərəfdən eyni məbləğdə tətbiq olunacaq gömrük rüsumlarına yenidən baxılması qərara alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR