Onlayn ictimai-siyasi qəzet
“Hazırda İranın prioriteti Qərblə olan qlobal məsələlər, xüsusən də Yaxın Şərqdəki hadisələrdir”.
Musavat.com xəbər verir ki, bunu İran parlamentinin keçmiş üzvü Robert Beqlaryan deyib.
Beqlaryan İranın Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair sənədin imzalanması ilə bağlı heç bir rəsmi açıqlama verməməsinə izahat gətirməyə çalışıb.
“Düşünürəm ki, İran Ermənistanın ciddi təhlükəsizlik vəziyyətində olduğunu bilir. Tehran Ermənistanla İran arasındakı sərhədlə bağlı qırmızı xətlərini açıq şəkildə göstərsə də, bunu nəzərə alır. Mövcud siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlə baş verir ki, məncə, İranın bütün ssenariləri, hətta “Zəngəzur dəhlizini” açmağa çalışacağını güman etmək məntiqlidir. İran üçün önəmli olan dəhlizə kimin nəzarət edəcəyidir”, - Beqlaryan bildirib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ