Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Kerobyan Ermənistan məhkəməsinin onun ev dustaqlığına buraxılması ilə bağlı qərarına etiraz edir.
Xatırladaq ki, 2024-cü ilin əvvəlində Kerobyan və İqtisadiyyat Nazirliyinin bir sıra əməkdaşlarına qarşı cinayət işi açılıb. Onlar külli miqdar vəsaiti mənimsəməkdə və tenderlərdə iştirak edən şirkətlərə maneələr yaratmaqda ittiham olunublar.
Kerobyan bir neçə ay ev dustaqlığında olub, lakin 2024-cü ilin iyununda azad edilib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ