Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti Avropaya inteqrasiya prosesindən Bakı və Ankaraya güzəştlər pərdəsi kimi istifadə edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert David Camalyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin beynəlxalq aləmdəki hərəkətləri əslində Avropaya inteqrasiyanın tərəfdarı olan bütün ölkə vətəndaşlarına qarşı təhqirdir.
“İndiki hakimiyyət bu adamların arzu və istəklərindən istifadə edərək dövlət əleyhinə niyyətlərini ört-basdır edir. Hazırkı təşəbbüs (Aİ-yə qoşulma prosesinə başlamaq) heç də Avropaya yaxınlaşmaq məqsədi daşımır, onlar Avropa İttifaqı ilə münasibətlərdə heç bir inkişafı və ya yeni səviyyəni təmin etməyəcəklər. Gündəmdə belə bir məsələ yoxdur. Heç kim bizi Aİ-də görmək istəmir, biz onlar üçün ilkin olaraq yük, başağrısıyıq. Buna görə də bütün bu proses əvvəldən absurddur”, - deyə erməni ekspert bildirib.
Camalyan bütün bu prosesi hakimiyyətin anti-Rusiya və anti-İran hərəkətləri kontekstində qiymətləndirdiyini söyləyib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ