Onlayn ictimai-siyasi qəzet
Donald Trampın prezidentliyə başlamasından sonra atdığı ilk təşəbbüslər hökumətin fəaliyyətində ciddi xaosa səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Mənbələr bildirir ki, yeni prezidentin vəzifəyə başlamasından sonra müəyyən “pozuntular” adətən normal haldır. Lakin bu dəfə əvvəlki və yeni administrasiyaların gündəmləri arasında olan kəskin fərqlər səbəbindən “xaos həddindən artıq dərəcədə ekstremal” olub. Bunun nəticəsində hökumətin hətta adi rutin əməliyyatlarının belə yavaşladığı qeyd edilir.
Eyni zamanda “The New York Times”-ın məlumatına görə, Tramp tərəfindən imzalanmış sərəncamların icrası ABŞ-da təxminən 50 min federal məmurun işdən çıxarılmasına səbəb ola bilər.
Analitiklər hesab edirlər ki, bu cür kəskin addımlar ölkənin idarəetmə sistemində uzunmüddətli təsirlərə səbəb ola bilər və ABŞ-ın daxili siyasətində ciddi dəyişikliklər yaradacaq. Hökumətin yeni administrasiyaya uyğunlaşması isə müəyyən vaxt tələb edəcək.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ