Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Kiyevi dəstəkləməkdən imtina edərsə, Bratislava Avropa İttifaqının Ukraynaya hərbi yardım yükünü öz üzərinə götürməsinə icazə verməyəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə TASR agentliyinə müsahibəsində Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.
“Gəlin onun (Trampın) bu münaqişənin həlli üçün plan təqdim etməsini gözləyək. Biz bu işdə iştirak etməyə hazırıq. Avropa İttifaqının bəzi ölkələri Ukraynaya hərbi dəstək verməyə davam etmək qərarına gəlsələr, bu, onların işidir, lakin biz Avropa İttifaqının bunu öz üzərinə götürməsinə imkan verməkdən imtina edirik”, - Slovakiya diplomatiyasının rəhbəri Trampın dövründə Kiyevə dəstəyin dayandırılması perspektivlərini şərh edib.
Qeyd edək ki, Macarıstan və Slovakiya artıq açıq şəkildə Kiyevin Moskvaya təslim olmasına çalışır, Aİ-nin Ukraynaya göstərilən maddi və hərbi yardımları sabotaj edirlər.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ