İnsanlara hürriyət, millətlərə istiqlal!

Arman Saakyan saxlanıldı

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Kima Avdalyan məlumat yayıb.

Saakyan və daha 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib, təqsirləndirilən şəxslərə qarşı müxtəlif qabaqlayıcı tədbirlər tətbiq edilib. Saakyana qarşı inzibati nəzarət növündə həbs-qətimkan tədbiri seçilib.

Yerli İstintaq Komitəsinin məlumatına görə, 13 nəfər barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və vəzifəli şəxslərə yardım göstərmə maddələri ilə cinayət işi başlanıb.

Müstəntiqlərin məlumatına görə, 2012-2015-ci illərdə İrəvanda üç təhsil müəssisəsinin ərazilərinin dəqiqləşdirilməsi bəhanəsi ilə qanunsuz olaraq torpaq sahələri ayrılıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR