İnsanlara hürriyət, millətlərə istiqlal!

Yer üzünün əşrəfinin öz anasına “FAYDASI”:Hər il 40 min canlı NİYƏ MƏHV OLUR? – FOTO

Yer kürəsi öz-özünün sağlamlığını tənzimləyən nəhəng canlı orqanizmdir. Milyard illərlə davam edən müxtəlif çalxalanmalardan, təlatümlərdən sonra onun okeanları, torpağı, dağları, çayları və sair elə şəkildə yerləşdirilib ki, bu nəhəng orqanizm öz varlığını yaşam şəraiti üçün milyard illərlə qoruyub saxlaya bilsin.

Yer kürəsi üzərində elə bir canlı orqanizm də var ki, bütün təbii planlamaların qarşısına həmişə “kötük itələyir”. Bu, bir çox hallarda həmin varlığın qüdrətinin göstəricisi kimi bizə xoş gəlsə də, Yer öz etirazını son zamanlar ciddi şəkildə bildirməkdədir.

Yer üzünün əşrəfinin öz anasına “FAYDASI”: <span style=color:red>Hər il 40 min canlı NİYƏ MƏHV OLUR? - FOTO

Təzə başlayan əsrimizdə insan əllaməlikləri və günahı ucbatından hər il orta hesabla 40 min canlı aləm (həm də bitki) növü Yer üzündən silinir! Biomüxtəliflik sistemi artıq pozulub. Asfaltlama, çəpərləmə, dəniz və göl sahillərinin qapadılması, bir çox yerlərdə su axınının dəyişdirilməsi, su mənbələrindən aşırı dərəcədə yöndəmsiz istifadə və ya qəsd ucbatından göllər quruyur.

Meşələrin amansızcasına qırılması, atmosferin və hətta kosmosun xeyli çirkləndirilməsi nəticəsində istilik balansı iki dərəcəyədək artıb. Qütblərdə buzların sürətlə əriməsi ucbatından fəsillər, iqlim pozulub, ozon qatı dəfələrlə yaralanıb. Bütün bunların hamısı Yer üzünün əşrəfi sayılan insanın öz anasına – Yerə verdiyi “faydalar”dır.

Yer üzünün əşrəfinin öz anasına “FAYDASI”: <span style=color:red>Hər il 40 min canlı NİYƏ MƏHV OLUR? - FOTO

Bu məqamda diqqəti elmi-texniki tərəqqinin yaratdığı imkanlara da yönəltmək istəyirəm. Yaponlar elmi nailiyyətlərin elə həddinə çatıblar ki, artıq fantastika ilə reallıq arasındakı sərhəd itmək üzrədir. Aya lift inşa etmək üzərində işləyən yaponlardan bu günlərdə belə bir məlumat mediaya sızıb ki, onlar xüsusi silah hazırlayıblar. Məlumata görə, Qravitasiya gücünü o silah məhz özü üçün istifadə edəcək.

Bu o deməkdir ki, uzaqdan atılan hər hansı ballistik raketi göydə geri döndərib öz gəldiyi yerə düşürüb partlatmaq mümkün olacaq. Bu, həm də o deməkdir ki, Yaponiyadan atılan raketin trayektoriyası çox asanlıqla idarə olunacaq, göydə vurulmaması üçün raket özü müxtəlif yollar seçəcək. Eləcə də bu nailiyyətdən müxtəlif silahlarda, texnikalarda istifadə olunacaq. İstəsələr, dünyada bir çox şeyləri, məsələləri tərsinə çevirə biləcəklər!

Yer üzünün əşrəfinin öz anasına “FAYDASI”: <span style=color:red>Hər il 40 min canlı NİYƏ MƏHV OLUR? - FOTO

Əgər belə olarsa, onda dünyada qüvvələr balansı gözlənilmədən dəyişəcək. Belə olarsa, hamı ABŞ-nin diktəsinə yox, Yaponiyanın ağzına baxmalı olacaq. Doğrudur, yaponların özlərinin də nəmənə adam olduqlarını əməlli-başlı bilmirik. Amma bircə onu bilirik ki, dünyanı soran, talayan, axşamacan yalan danışan, müharibələri maliyyələşdirən güclərin qabağına belə bir ilahi qüdrətli gücün çıxması Yer adlı bu planetdə çox şeyləri dəyişə bilər./Medianews.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR