İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyevdən Laçın yolu ilə bağlı ÖNƏMLİ AÇIQLAMALAR - VİDEO

"Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

Hikmət Hacıyev Laçın yolunun 24 saat ərzində açılması məsələsindən danışıb: "Laçın yolunun 24 saat ərzində açılması məsələsinə gəldikdə, təkrar qeyd edim ki, keçən dəfə - 15 avqustda - bu yolda olarkən razılaşma əldə olunması ilə bağlı açıq şəkildə bildirdik”.

Prezidentin köməkçisinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin nümayəndələri də, Azərbaycanda akreditasiya olunmuş diplomatik korpus nümayəndələri də öz gözləri ilə bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır.

Musavat.com



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR