İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərlinin məhkəmə prosesi ləğv edildi - AÇIQLAMA

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin sonuncu məhkəmə prosesi ləğv edilib.

Bu barədə Musavat.com-a açıqlamasında onun anası Dilarə Əsgərova məlumat verib.

O qeyd edib ki, artıq Fəridə vəkil təyin olunub:

"Vəkil İranda yaşayan azərbaycanlıdır. Vəkil Fəridlə də, hakimlə də görüşüb. Hakim bildirib ki, Fərid bura casusluq üçün gəlib. Amma heç bir sübut yoxdur. Vəkil qızın  ifadəsini oxuyub. Qız bildirib ki, Fəridin heç vaxt casusluq fəaliyyəti olmayıb,  bu mümkün deyil. Fərid özü bəraət alacağına inanır. Yaxın iki gün ərzində Fəridə qərarı göndərəcək".

Ana onu da əlavə edib ki, Fəridin iki ay əvvəl səhhətində problemlər yaranıb və kor bağırsağından əməliyyat olunub:

"Bunu məndən gizlətmişdi. Hazırda vəziyyəti yaxşıdır".

Yada salaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR