Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Panama prezidenti Xose Raula bildirib ki, Donald Tramp Çinin artan təsirinə görə Panama kanalı ilə bağlı status-kvonu saxlamaq niyyətində deyil.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, vəziyyət dəyişməsə, ABŞ addım atmağa hazırdır.
Bildirilir ki, Vaşinqton strateji əhəmiyyətli obyektin idarə edilməsində təcili dəyişikliklər tələb edir, əks halda ABŞ öz maraqlarını qorumaq üçün tədbirlər görəcək. Dövlət Departamenti vurğulayıb ki, Birləşmiş Ştatlar həmişə Panama kanalını öz təhlükəsizliyi və ticarəti üçün əsas obyekt hesab edib.
Bəyanat Çinin Latın Amerikasında artan nüfuzu fonunda verilib və bu, Amerika hakimiyyətinin narahatlığına səbəb olur.
Yeni dövlət katibinin bu açıqlaması göstərir ki, prezident Trampın Panama ilə bağlı planları ciddidir.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ