İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hakimiyyəti Ağ Evin planını uğursuz hesab edir

Ukrayna Prezidenti Volodimir Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib ki, ABŞ-ın Ukraynanı Rusiya ilə atəşkəs razılaşmasından sonra seçkilər keçirməyə çağırması "uğursuz plan" təsiri bağışlayır, əgər plan yalnız bundan ibarətdirsə.

Musavat.com xəbər verir ki, bundan əvvəl Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Reuters” agentliyinə açıqlamasında bildirmişdi ki, Vaşinqton Kiyevin ilin sonuna qədər seçkilər keçirməsini istəyir, xüsusilə də yaxın aylarda Rusiya ilə atəşkəs əldə edilərsə.

Litvin “Reuters”ə yazılı cavabında qeyd edib: “Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, yalnız seçkilərlə bağlı bəzi sitatları oxumuşuq, buna görə onun mövqeyini tam qiymətləndirmək çətindir. Lakin əgər onun planı yalnız atəşkəs və seçkilərdən ibarətdirsə, bu, uğursuz plandır – Putini təkcə bu iki şeylə qorxutmaq mümkün deyil".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR