İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü

Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Musavat.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.

Belə ki, ailəsi ilə Qəbələnin Vəndam qəsəbəsinə istirahətə gedən və kirayə evdə qalan Hüseyn ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR