İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovdan alınan şirkətlərin külli miqdarda borcları var - SİYAHI

Xəbər verdiyimiz kimi, əvvəllər Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Musavat.com xəbər verir ki, hazırda “Araz Holdinq”ə daxil olan bir neçə MMC fəliyyət göstərir. Həmin MMC-lərin vergiyə külli miqdarda borcu olduğu üzə çıxıb.

Vergi borcu olan MMC-lərin siyahı:

- "Arkoz Kərpic Zavodu" MMC-nin 31 min manat
- "Arkoz Travertin-mərmər Zavodu" MMC-nin 34 min manat
- "Arkoz Avto-servis" MMC-nin 41 min manat
- "Arkoz Metal Konstruksiyalar Zavodu" MMC-nin 103 manat
- "Arkoz Mebel Fabriki" MMC-nin 2 min manat
- "Arkoz İnşaat Şirkəti" MMC-nin 96 min manat
- "Arkoz Yol-su Enerji" MMC-nin 18 min manat

Qeyd edək ki, “Gəmiqaya Holdinq” tam olaraq ləğv edilməyib. Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya Holdinq”ə, həm də “Arkoz Holdinq”ə daxil olan onlarla şirkət mövcuddur.

Hər iki holdinqin tərkibindən bəzi MMC-lər ayrılaraq yenidən təşkil edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR