Onlayn ictimai-siyasi qəzet
Məlumata görə, Netanyahu qərar qəbul etməzdən əvvəl Trampın ikinci mərhələ razılaşmasına münasibətini öyrənmək istəyir. Bu mərhələ qalıcı atəşkəsin elan olunmasını və İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını nəzərdə tutur. İsrail rəsmiləri bildirir ki, Netanyahu Trampın baxışlarını dəyişdirməyə və onu İsrailin müharibə planlarını dəstəkləməyə razı salmağa ümid edir.
Mənbələr qeyd edir ki, əgər Netanyahu ikinci mərhələyə keçməkdən imtina etsə, Qəzzadakı müharibə ən azı bir il daha uzana bilər.
Bundan əlavə, "Axios"un İsrail hökumətindəki mənbələri bildirir ki, ikinci mərhələyə dair danışıqlar fevralın 3-də planlaşdırıldığı kimi başlamayacaq. Buna səbəb Netanyahunun Trampla görüşdən əvvəl danışıqlar üçün Dohaya nümayəndə heyəti göndərməkdən imtina etməsidir.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ