İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Dağıstana HÜCUM ETDİ, Rusiyanın 7 vilayətinə HAVA HÜCUMU, aeroportlar BAĞLANDI

Gecə saatlarında Rusiya regionları üzərində Ukraynaya məxsus 70 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rostov vilayətində 27, Volqoqrad vilayətində 25, Astraxan vilayətində 7, Voronej vilayətində 5, Belqorod vilayətində 4, Kursk vilayətində 2 PUA vurulub.

Rusiyanın Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarının fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilib.

Dağıstan respublikasının Kaspiysk şəhərinə PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Melikov məlumat yayıb.
“Bu gün səhər saatlarında Kaspiyskdə pilotsuz uçuş aparatları görünüb. Onların zərərsizləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür. Hazırda dağıntı və tələfat qeydə alınmayıb”, - Melikov bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Fuad Abbasovdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR