Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətində S.Ç və M.C. cütlüyü fiziki məhdudiyyətli övladını yaşadıqları mənzilin pilləkənində döyüblər.
Musavat.com xəbər verir ki, vəhşicəsinə döyülən uşağın qışqıraraq kömək istəməsi kameralara əks olunub.
Görüntülərin sosial mediada paylaşılmasından sonra hərəkətə keçən Gebze Respublika Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisəni törədən ata və ana saxlanılıb. Şiddətə məruz qalan yeniyetmə isə nəzarətə götürülüb.
Hadisə ilə bağlı başladılan istintaq davam edir.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ