Onlayn ictimai-siyasi qəzet
Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində partlayış baş verib.
Musavat.com xəbər verir ki, şahidlərin sözlərinə görə, bir nəfər həlak olub, beş nəfər isə yaralanıb.
Məlumata görə, partlayıcı qurğu və ya qumbara tavan altına yerləşdirilib. Partlayış bir neçə nəfər, o cümlədən bir qadın, binanın foyesindən çıxarkən baş verib.
Hüquq-mühafizə orqanları hadisəni qəsdən törədilmiş sui-qəsd hadisəsi kimi araşdırır. Polisə zəng edən şəxs qumbaranın partladığını bildirib. Yaralılardan biri 60 yaşlı İqor Antonenkodur.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ