Onlayn ictimai-siyasi qəzet
Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ