İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial müavinətlər və təqaüdlərlə bağlı ƏHALİYƏ XOŞ XƏBƏR 

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Vüqar Bayramov bildirib ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib.

Musavat.com-un məlumatına görə deputat daha sonra qeyd edib ki, cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 

V.Bayramovun sözlərinə görə, 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında, eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq.

Deputatın sözlərinə görə, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb: “Bu, orta və median pensiya məbləğlərində artımlara xüsusi töhfə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək”.

 Deputat əlavə edib ki, ölkə Prezidenti tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:

“Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”.


E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR