Onlayn ictimai-siyasi qəzet
Xocalının Əsgəran qəsəbəsində yerləşən Əsgəran qalası uzun illər işğal altında olduğundan digər tarixi memarlıq abidələrimiz kimi erməni vandalizminə məruz qalıb. Adı və üslubu dəyişdirilən qalada bir neçə il əvvəl qanunsuz “bərpa-tikinti” işləri görülüb, qala divarları dağıntılarla üzləşib.
Qarqar çayının sahilində ucaldılan kompleks XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunub. Şuşadan 24, Xocalıdan 5, Ağdamdan 12 km məsafədə yerləşir. Qala vaxtilə Şuşanı düşmənin mümkün hücumlarından qorumaq üçün tikilmiş istehkamdır.
Musavat.com İctimai TV-nin qala ilə bağlı hazırladığı süjeti təqdim edir:
10 Noyabr 2024
03:17
09 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ