İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsas hücumçusunu satdı, "Qarabağ"ın canı dincəldi

Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Molde” aparıcı futbolçularından biri ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Norveç təmsilçisi hücumçusu Ola Brinhilsenin transferi ilə bağlı "Midtyulland"la razılığa gəlib.

Tezliklə danimarkalılar yeni forvardı rəsmi olaraq ictimaiyyətə açıqlayacaq. Müqavilənin detalları barədə məlumat verilməyib.

Brinhilsen Norveç çempionatında bu mövsüm 7 qolla bombardiridir. 24 yaşlı hücumçu 2020-ci ildə “Stabek”dən “Molde”yə keçmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR