Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri Levon Yolyan və qızı Meri Yolyan qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı yerli Baş Prokurorluğa dəvət olunublar.
Yolyana göndərilən bildirişdə: “Ermənistan Baş Prokurorluğunun Qanunsuz mənşəli Əmlakın Müsadirə edilməsi İdarəsi sizə məxsus əmlakla bağlı araşdırma aparıb, bununla bağlı yekun rəy verilib”, sözləri yazılıb.
Xatırladaq ki, Levon Yolyan uzun müddət, 2007-2016-cı illərdə Nəzarət Palatası rəhbərinin müavini, 2016-17-ci illərdə Ermənistanın energetika və təbii sərvətlər naziri, 2017-ci ildən 2022-ci ilə qədər isə Nəzarət (Auditorlar) Palatasının sədri olub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ