İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nı təsdiqləyib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək:

- dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;

- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi;

- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Müdafiə Nazirliyi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR