İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ombudsman vəzifəsinə namizəd təəccüb doğurdu

Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Tatevik Stepanyan hakimiyyətin ombudsman vəzifəsinə yeni namizədi olub.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” portalı məlumat yayıb.

Saytın məlumatına görə, adı çəkilən namizəd 2004-2020-ci illərdə geyim mağazaları şəbəkəsində menecer vəzifəsində çalışıb, müxtəlif ixtisasartırma kurslarında iştirak edib, həmçinin naməlum xarakterli ictimai fəaliyyətlə məşğul olub. 15 may 2020-ci il tarixində o, nazir müavini vəzifəsinə təyin edilib. Bu təyinat Ermənistan dövlət sistemində böyük sürprizə səbəb olub.

Qeyd edək ki, Ermənistanın əvvəlki hüquq müdafiəçisi Kristin Qriqoryan istefa ərizəsini yanvarın 24-də Milli Assambleyaya təqdim edib və qanunla təsdiqlənməsi üçün nəzərdə tutulan həftəni gözləmədən Ombudsman Aparatını tərk edib. “Qriqoryan yeni iş təklifi aldığını və onu qəbul etdiyini bildirərək Ermənistandan çıxıb”, – media qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR