İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan müharibəyə hazırlaşır, Qərbdəki qüvvələr bu prosesi dayandırmasa... " - Politoloqdan ŞOK açıqlama  

"Ermənistan müharibəyə hazırlaşır. Əgər Qərbdəki bəzi qüvvələr bu prosesləri dayandırmasalar erməni ordusu müəyyən vaxtdan sonra hücuma keçə bilər".

Musavat.com bildirir ki, bu barədə politoloq Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdarlıq etməsinə baxmayaraq Makron- Paşinyan cütlüyü bölgəni yenidən müharibəyə qərq etmək istəyir.

"Hələlik Paşinyan guya ki, 2027 -ci ildə Konstitusiyasını dəyişəcəyi anonsunu verir. Niyə 2027? Əlbəttə, vaxt uzadaraq müharibəyə hazırlaşmaq üçün. Və ordusunu gücləndirir.

Sputnik çəkilişləri erməni ordusunun ciddi hazırlıqda olduğunu göstərir. Videoda 1 il fərqlə şərti sərhədlərdəki vəziyyət qeyd edilib. Amma Ermənistan rəhbərliyi bilsin ki, kiməsə ümid edib yenidən səhvə yol verərsə, hücuma keçərsə, adekvat cavabı alacaq",- deyə Zaur Məmmədov bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR