Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrəvanda Zelenskiyə qarşı hər hansı aqressiv addım atacağı ehtimalı azdır, lakin səfərin özü (əgər baş tutarsa) mənasızdır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Tiqran Qriqoryan özünün X səhifəsində yazıb.
Qeyd edək ki, bundan öncə kanadalı jurnalist Neil Hauer Zelenskinin Qafqaza gəlməsi halında Rusiyanın onun təyyarəsini vuracağı və ya parlamenti 1000 rus əsgəri ilə mühasirəyə alıb onu qaçıra biləcəyi ehtimalını irəli sürüb. Qriqoryan bu ehtimallaırn əsassız olduğunu bildirib.
Lakin onun fikrincə, “Ermənistan Zelenskinin səfərindən etməyəcək (Qərbin alqışları istisna olmaqla) heç bir real fayda əldə. Bu, yalnız Rusiya Federasiyasının Ermənistan Respublikasına qarşı təzyiq və təhdidlərini artıracaq”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ