Onlayn ictimai-siyasi qəzet
Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tam gücü ilə fəaliyyətə başlamasını istəyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib.
Türkiyə lideri Gürcüstanla dostluq və əməkdaşlığın hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.
O, rəsmi Ankaranın Gürcüstanın ərazi bütövlüyü və və suverenliyini dəstəkləməyə davam edəcəyini bildirib.
Liderlər, həmçinin digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.**report.az
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ