Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyə bir neçə ay əvvəl BRICS-ə üzv olmaq üçün müraciət edib.
“İnterfax” agentliyi yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kazanda keçiriləcək BRICS sammitində iştirak etmək dəvətini qəbul edib.
Musavat.com-un agentliyə istinadən xəbərinə görə, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“Təklif Türkiyə tərəfinə çatdırıldı, Ərdoğan onu qəbul etdi”, - deyə Uşakov “İnterfaks”a bildirib.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Vladimir Putinin Türkiyəyə səfər tarixinin hələ razılaşdırılmadığını, bu işin davam etdiyini bildirib.
Qeyd edək ki, BRICS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ