Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ağ Evin interyerini şəxsi vəsaiti hesabına təmir etdirdiyini bildirib.
O, bu barədə "Atlantic" jurnalına verdiyi müsahibədə danışıb. ABŞ lideri binanın daxilini, o cümlədən 24 karatlıq qızılla bəzədiyini də vurğulayıb. O, Ağ Evin otaqlarından birində yeni çilçıraq asmaq niyyətində olduğu barədə xəbərləri də təsdiqləyib:
"Təmirdən sonra Oval kabinet necə lazımdırsa, elə görünməyə başladı. Əvvəllər bu otağa qulluq göstərilmirdi, vəziyyəti baxımsız idi", - deyə o bildirib.//Oxu.Az
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ