İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 30 ildən sonra bu raketlərin istehsalını bərpa edir

ABŞ Müdafiə Nazirliyi orta mənzilli ballistik raket istehsalı üçün büdcədən 639 milyon dollar alacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pentaqona bu vəsait ABŞ Konqresinin 2025-ci maliyyə ilində müdafiə büdcəsində təklif etdiyi 150 milyard dollarlıq artımın bir hissəsi kimi ayrılacaq.

Qeyd edək ki, ABŞ soyuq müharibənin bitməsindən sonra orta mənzilli ballistik raketlərə malik olmayıb.

Orta Mənzilli Raketlərin Ləğvi (INF) Müqaviləsinə əsasən, 1988-ci ildən 2019-cu ilə qədər ABŞ və Rusiyaya maksimum 500-5500 kilometr mənzilli, nüvə və ya ənənəvi başlıqlı, yerdən buraxılan ballistik və qanadlı raketlərin hazırlanması və yerləşdirilməsi qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR