Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur "Çukur" serialının filmi çəkiləcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Ay Yapım" tərəfindən ərsəyə gətirilən ekran işi bu dəfə "Prime Video" platforması ilə razılıq əldə edib.
Çəkilişlərə bu yay başlanılması nəzərdə tutulub. Lakin aktyor heyəti ilə bağlı hələ məlumat verilməyib.
Qeyd edək ki, "Çukur" serialı 131 bölüm çəkilib. Serialın baş rollarında Aras Bulut İynemli, Dilan Deniz Çiçek, sonrakı mövsümlərdə isə Damla Sönmez, Hazal Subaşı yer alıb./Milli.az/
30 Aprel 2025
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ