İnsanlara hürriyət, millətlərə istiqlal!

Avarçəkmə üzrə "Prezident Kuboku-2025"in rəsmi paradı keçirilib

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının Mingəçevir şəhərində paradı keçirilib. Paraddan öncə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrananın da iştirakı ilə tədbirə qatılan rəsmi şəxslər və fəxri qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra 20-dən çox ölkədən 200 nəfərdən artıq idmançı bayraqlarla təntənəli yürüş edib. Komandaları Azərbaycan Respublikasının böyük ölçüdə dövlət bayrağını daşıyan könüllülər, üzərində avarçəkmə qayıqları olan xüsusi avtomobil müşayiət edib. İdmançıların sıralı düzülüşündən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhər sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanan tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarış günü aprelin 30-da saat 11:00-dan etibarən Suqovuşanda baş tutacaq. Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şoular proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR