Onlayn ictimai-siyasi qəzet
Masallıda 11 yaşlı qıza qarşı seksual hərəkətlər edən şəxs saxlanılıb.
Hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, 2002-ci ildə Masallı şəhərində doğulan təqsirləndirilən Nicat (ad şərtidir) H.Əliyev prospektində yerləşən “Kamran moda evi” dərzi sexində usta köməkçisi işləyir. Sexdə olarkən 11 yaşlı zərərçəkmiş Sevda (ad şərtidir) anasının şalvarını götürmək üçün ora gəlir. Nicat azyaşlı qızla tək qalmasından istifadə edərək paltar dəyişmək üçün istifadə olunan digər otağa gedir. Cinsi istəyini təmin etmək üçün üst geyimlərini çıxarır və şalvarı vermək adı ilə Sevdanı həmin otağa çağırır, ona qarşı seksual hərəkətlər edir.
Nicat Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilib.
“Sadəcə söyüş söymüşdüm…”
Məhkəmədə Nicat özünü təqsirli bilməyib:
“Bir neçə ildir ki, həmin sexdə dərzi köməkçisi işləyirəm. Sevda ilə anasını uzun müddətdir tanıyıram. Anası rəngləməyim üçün Sevda ilə şalvarını göndərmişdi. Lakin dediyim tarixə şalvarı rəngləyə bilmədim. Həmin gün qız gəlib anasının şalvarını götürmək istəyəndə rənglənmədiyi yadıma düşdü. Əsəbiləşib söyüş söydüm. Sevda bundan qorxub ağlaya-ağlaya qaçıb getdi. Bir neçə dəqiqə sonra qız, anası və yanlarında bir kişi içəri girərək söyüş söyüb, məni döyməyə başladı. Polislər gəlib məni apardı. Mən qıza qarşı heç bir seksual hərəkət etməmişəm”.
Alt paltarını soyunmuşdu…
Daha sonra məhkəmədə zərərçəkmiş Sevda ifadə verib:
“Bizim ev dərzi sexinin yanında yerləşir. Həmin gün məktəbdən evə gələndə anam şalvarını götürməyim üçün məni dərziyə göndərdi. İçəridə Nicatın olduğunu gördüm, bizdən başqa heç kim yox idi. Nicat otağa keçib şalvarı axtarmağa başladı. Onu gözlədiyim anda qəfil məni içəri çağırdı. Otağın qapısına yaxınlaşanda Nicatın şalvar və alt paltarını çıxardığını gördüm. Qolumdan tutub, məni qucaqladı. Nə isə etmək istədiyini başa düşüb. Əlindən qaçıb evə gedib anama danışdım”.
Sonda məhkəmənin qərarı ilə Nicat 16 il azadlıqdan məhrum edilib./Oxu24.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ