İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Maaşlar belə HESABLANACAQ

Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq iş rejimi əsasında verilməsi barədə müzakirələr gedir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqinə dair təkliflərin hazırlanaraq cari ilin 1 iyun tarixinədək aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur. Sözügedən tədbir 2025-ci il üzrə Yol Xəritəsində, “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru çərçivəsində əksini tapıb. Bu proses necə reallaşacaq? Maaşların bu formada verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri var?

Sözügedən məsələ ilə bağlı iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Referans-a açıqlama verib. Emin Qəriblinin qənaətinə görə bu sistemə keçidin səbəbi odur ki, hazırda beynəlxalq miqyasda məhz bu üsulla maaşların ödənməsi həyata keçirilir və reallaşdırılır. Yəni, saatla hesablandıqda daha konkret olur, tədqiqat baxımından da daha dəqiq nəticələr əldə edilir. Üstəlik, hər hansı bir müqavilə bağlayarkən də iş saatları daha dəqiq müəyyənləşir. Elə işlər var ki, bütün günü əhatə etmir, yalnız müəyyən saatlarda yerinə yetirilir.

Eskpert onu da diqqətə çatdırıb ki, belə olduqda, həm dövlət həm də digər müəssisələrlə iş bölgüsü daha real şəkildə həyata keçirilir. Məsələn, günün bir hissəsində bir müəssisədə, digər hissəsində isə başqa bir müəssisədə işləyə bilərsiniz. İndiki aylıq əmək haqqı sistemində isə belə hallar tam dəqiq əks olunmur; yarım ştat anlayışı var, amma əslində kimin neçə saat işlədiyini müəyyən etmək çətin olur. Məsələn, siz gündə 2 saat işləyirsiniz, amma sənəddə yarım ştat işləyən şəxs kimi qeydiyyatda olursunuz. Yeni sistemdə isə iş saatlarınız dəqiq göstəriləcək.

"Bu da o deməkdir ki, insanlar bir neçə yerdə qanuni şəkildə işləyə biləcək və əlavə gəlir əldə etmək imkanları yaranacaq. Yanlış anlaşılmasın: maaş artmır, sadəcə iş saatlarınız dəqiqləşir. Bu da sizə başqa yerlərdə işləyib əlavə gəlir qazanmaq üçün şərait yaradır", - deyə Emin Qəribli əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR