Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahunun korteji qəzaya uğrayıb.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, hadisə aprelin 29-u axşam Qüdsdə – baş nazirin qərargahının qarşısında baş verib.
Xəsarət alanlar haqda hələ məlumat yoxdur.
Qəza vaxtı Netanyahunun avtomobildə olub-olmadığı da hələ açıqlanmayıb.
İlkin məlumata görə, kortej motosikllə toqquşub.
Motosiklçinin 17 yaşlı gənc olduğu, yüngül xəsarətlə xəstəxanaya çatdırıldığı deyilir.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ