İnsanlara hürriyət, millətlərə istiqlal!

Efirdə olduğunu unudan xəbər aparıcısının çətin anları - VİDEO

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Yekaterina Mazalkovanın başına iş gəlib.

Musavat.com olay-a istinadən xəbər verir ki, sözügedən kanalda yayımlanan "Vesti Krasnoyarsk" xəbərlər proqramının aparıcısı efirdə olduğunu bir anlıq unudub.

Həmin anda isə onun başı telefonda "TikTok" video platformasında gülməli videoların birinə qarışıb.

Telefonu qaldırıb həmin videonu kadrarxasında əyləşən operatorlara göstərdiyi an Mazalkova canlı efirdə olduğunun fərqinə varıb.

Özünü bir anlıq itirən Yekaterina dərhal telefonu yanına qoyub və tamaşaçılarla salamlaşıb.

Həmin görüntülər isə efirdə anbaan nümayiş olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR