İnsanlara hürriyət, millətlərə istiqlal!

Duqinanın qətlində YENİ və ŞOK DETALLAR - Sui-qəsdin arxasında BU ŞƏXSLƏR dayanır

Moskvada baş verən sui-qəsdin sirr pərdəsi aralanır

"Ukrayna işğalının mənəvi atası" kimi xarakterizə edilən rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın Moskvada avtomobilin partladılmasıması nəticəsində öldüyü barədə xəbər vermişdik.

Musavat.com-un məlumatına görə, "New York Times" qəzeti avqust ayında baş verən sui-qəsdlə bağlı əks-səda doğuran yeni xəbər dərc edib.

Xəbərdə bildirilir ki, ABŞ kəşfiyyatı Duqinaya qarşı sui-qəsdin arxasında ukraynalıların olması barədə məlumat əldə edib. Kəşfiyyatın informasiyasına görə, sui-qəsddə Kiyev hökumətinin bəzi rəsmilərinin əli var.

Kəşfiyyat məlumatları barədə qısa açıqlamalar verən ABŞ rəsmiləri əməliyyata hökumətin hansı qanadının imza atdığı və Zelenskinin buna icazə verib-vermədiyi barədə heç bir detalı paylaşmayıb.

Xatırladaq ki, sui-qəsddən qısa müddət sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hücumun arxasında Ukrayna məxfi xidmətinin dayandığını iddia edərək, Natalya Vovk adlı ukraynalı qadının görüntülərini paylaşmışdı.

FSB-nin iddiasına görə, Vovk Darya Duqinanı izləyən və Azov batalyonu ilə əlaqəsi olan ukraynalı casusdur və o, bombanı maşının altına qoyduqdan sonra öz avtomobilinin nömrəsini dəyişərək Estoniyaya qaçıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR