İnsanlara hürriyət, millətlərə istiqlal!

Diyetoloqdan arıqlamaq istəyənlərə 5 asan resept

“Yulaf çox faydalı səhər yeməyidir. Ona görə ki, sizə lazım olan hər şeyi ehtiva edir. Ona pendir, meyvə və ya qırmızı balıq da əlavə edə bilərsiniz”.

Bu barədə diyetoloq Katerina Kuzina “Veçernaya Moskva” nəşrinə müsahibəsində danışıb.

O, arıqlamaq istəyənlərə mühüm tövsiyələr verib.

“Yulaflı pankeyk hazırlamaq tez və asan başa gəlir. Üç xörək qaşığı yulafı blenderdə və ya qəhvəçəkəndə üyüdün, üzərinə bir yumurta, iki xörək qaşığı süd və dad üçün ədviyyatlar əlavə edin. Qarışığı mümkünsə yağ əlavə etmədən tavada qızardın. Yulaflı pankeyki vafl aparatında da bişirmək olar”, - Kuzina bildirib.

Diyetoloq bananlı pankeykin də doyurucu və faydalı olduğunu bildirib.

“Bir neçə dəqiqəyə hazır olur. Bananı çəngəllə əzin, yulaf və ya düyü unu, həmçinin bir yumurta əlavə edin. Orta istilikdə kokos yağında qızardın. Az yağlı xama və ya bal ilə servis edin. Kokos südü əlavə olunmuçş qəhvə ilə yeyilə bilər.

Üçüncü yemək kəsmikli zapekankadır. Hətta mikrodalğalı sobada da hazırlana bilər. Yumurta ilə kəsmik qarışdırın, içinə kişmiş və ya quru gavalı kimi quru meyvələr əlavə edin. Əgər kiminsə xoşuna gəlirsə, manna da tökə bilərsiniz. Amma onsuz da yemək doyurucu olacaq.

Siz həmçinin səhər yeməyi üçün qranola yeyə bilərsiniz, lakin mağazada alınan çeşidləri yox. Onu evdə tez hazırlamaq daha yaxşıdır. Yulafa toxum və ya qoz-fındıq əlavə edin, sonra şərbət hazırlayın. Bal və kokos yağına darçın, vanil və duz əlavə edin. Sonra qarışığı sobaya qoyub 30-40 dəqiqə bişirin. Axşam və ya səhər əvvəlcədən hazırlaya bilərsiniz.

İdmanla məşğul olanlar üçün ən ideal seçim tərəvəzli omlet kimi tanınan şakşukadır. İki yumurta, bir soğan, bolqar bibəri və pomidor götürün. Əvvəlcədən isidilmiş tavada soğanı qızılı rəngə qədər qızardın. Sonra pomidor və bibəri, beş dəqiqədən sonra yumurta əlavə edin. Ağlar qatılaşana qədər qızartmaq lazımdır. Bununla belə, sarısı yumşaq qalmalıdır. Üzərinə göyərti də əlavə etmək olar”, - ekspert sonda bildirib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR