Onlayn ictimai-siyasi qəzet
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrup zərərsizləşdirilib.
Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ