İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarənin bu sözləri Afaq Bəşirqızını ağlatdı - VİDEO

Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, səhhətindəki problemlə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisaya Əməkdar artist Dilarə Əliyeva sual ünvanlayıb.

Onun "Darıxmısınız? Qayıdacaqsınız" sualı Bəşirqızını kövrəldib. O, "Çox darıxmışam. Mütləq qayıdacam" cavabını verib.

"Səhnədə yeriniz görünür. Neçə ildir səhnə sizsiz qalıb" deyə, Dilarə bildirib. Aktrisa daha sonra A.Bəşirqızı haqda monoloq səsləndirib. Bəşirqızı isə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, dəfələrlə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR