Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların əsasnaməsi konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Konstitusiya Məhkəməsi müsbət qərar verərsə, sənəd hökumət tərəfindən təsdiq olunmaq üçün parlamentə göndəriləcək.
Qeyd edək ki, sözügedən reqlamentə görə, Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıb. Lakin bu razılaşma da yekun sayılmır. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.
Reqlamentdə 7 maddə mövcuddur.
Musavat.com
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ