Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Donetsk bölgəsində Rusiya ordusu tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürüb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə aprelin 8-də prezident Volodimir Zelenski açıqlama verib.
Onun sözlərinə görə, Müdafiə Qüvvələri artıq Rusiya qoşunlarının sıralarında belə döyüşçülərin çox ola biləcəyi barədə məlumatlara malikdir.
Hazırda araşdırma və məlumatların toplanması davam edir, kəşfiyyat xidmətləri işləyir.
"Çin, İran və Şimali Koreyadan sonra Rusiyanı dəstəkləyən üçüncü ölkə oldu, amma əsas fərqlə çinlilər artıq birbaşa Ukrayna ərazisində döyüşürlər", - deyə Zelenski bildirib.
Zelenski Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə dərhal Çin tərəfdaşları ilə əlaqə qurmağı və rəsmi izah tələb etməyi tapşırıb.
O həmçinin vurğulayıb ki, Ukrayna eyni anda bir neçə ölkə ilə müharibə apara bilməz.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ