İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya Ukraynanı ağır silahlarla təmin edəcək

Çexiya hökuməti yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya ağır silahların çatdırılmasını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib.

Onun sözlərinə görə, bu il Çexiyadan Ukraynaya hərbi texnika ixracı 47 milyard krona çatıb. O, əlavə edib ki, Çexiya dövləti indiyədək Ukraynaya 4,2 milyard dollar həcmində yardım edib. Ağır texnikanın tədarükü ilə bağlı nazir təhlükəsizlik baxımından daha ətraflı məlumat verməyib.

O, qeyd edib ki, bunlar ağır texnika, qısa və uzun lüləli silah-sursatlardır. Çernoxova bildirib ki, Ukrayna da tədarük olunan texnikanın ictimaiyyətə açıqlanmasını istəmir. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR