Onlayn ictimai-siyasi qəzet
Dünün baş tutan növbədənkənar seçkilərlə bağlı müzakirələr davam edir. Namizədlər və siyasi institutlar seçki prosesini dəyərləndirir, nəticələrlə bağlı fikirlərini bildirirlər.
Namizədliyini 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən irəli sürmüş Ağ Partiya sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşüb.
O, nəticələrdən razı qalmadığını gizlətməyib:
“Seçkilərdə 18 namizədlə iştirak edirdik. Gün ərzində müxtəlif məntəqələrdə qayda pozuntusu olduğu barədə məlumatlarlar alırdıq. Düzdür, müəyyən məntəqələr var idi ki, ciddi nöqsanlar olmadı. Ümumilikdə isə hər kəs seçkilərin necə keçdiyini gördü. Hazırda vəziyyəti qiymətləndiririk. Bununla bağlı yekun bəyanat yayacağıq. Ağ Partiya olaraq bütün dairələrdə uduzacağımızı gözləmirdik. Ancaq, nəticələr məlumdur”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ