Onlayn ictimai-siyasi qəzet
İtaliya millisinin nümayəndə heyətinə Canluici Buffon rəhbərlik edəcək.
“Mən milli komandaya qayıdıram, çünki 30 il əvvəl ilk dəfə millinin qapı xəttini keçən uşaq hələ də xəyal etmək və bu arzusunu italyan azarkeşlərlə birlikdə yaşamaq istəyir”, - o sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, 45 yaşlı qolkiper daha əvvəl futbolçu kimi karyerasını başa vurduğunu açıqlamışdı.
Qeyd edək ki, Buffondan əvvəl Roberto Mançininin qərargahında milli komandanın nümayəndə heyətinin rəhbəri Canluka Vialli olub. 2022-ci ilin dekabrında Vialli postunu tərk edib, 2023-cü ilin yanvarında isə İtaliya millisinin keçmiş hücumçusu vəfat edib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ