İnsanlara hürriyət, millətlərə istiqlal!

21 yaşlı tiktoker xərçəngdən öldü - FOTO

21 yaşlı tiktoker xərçəngdən ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yeni zellandiya əsilli tiktoker Dominique McShain 21 yaşında xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

O, aprel ayının 6-da xəstəliyi barədə post paylaşaraq sayılı günlərinin qaldığını bildirib.

İnfluenser kolon xərçəngini nəcisdə qan görməsi, yorğunluq və qəbizlik kimi əlamətlərdən sonra aşkarlayıb.

Kolon xərçəngi qalın bağırsaqda yaranan və orada yayılan xərçəng növüdür. Bu xəstəlik, adətən bağırsaq divarlarında inkişaf edən poliplərin zamanla xərçəngə çevrilməsi nəticəsində meydana gəlir. Əlamətləri arasında qarın ağrısı, qanlı nəcis, qəbizlik və ya ishal kimi hallarla yanaşı, yorğunluq da ola bilər. Xərçəngin erkən mərhələlərində simptomlar çox vaxt az hiss olunur, buna görə müntəzəm tibbi müayinələr önəmlidir. Kolon xərçəngi müalicə edilə bilən bir xəstəlikdir, amma erkən aşkar edilməsi və vaxtında müalicə başlanması həyatı qurtara bilər.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova da bir müddət əvvəl bu səbəbdən dünyasını dəyişib. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR