Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib.
Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək:
“Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq”.
Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ